Founder of Terminalia
Karim Karimov

2014-cü ildə Barselona Universitetinin hüquq fakültəsindən məzum olmuşam. Hüquq sahəsində qazandığım bilik və təcrübələri hal hazırda İspaniyada daşınmaz əmlak agenti və eyni zamanda futbol agenti kimi uğurla tətbiq etməyə çalışıram.

Təsisçisi olduğum Terminalia – Barselona Daşınmaz Əmlak Agentliyi’dən əlavə olaraq, Barselonada fəaliyyət göstərən Azərbaycan Mərkəzinin (Casa Azerbaiyan) direktoru və 2015-ci ildə təsis etdiyim “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) hazırkı rəhbəriyəm. Eyni zamanda Game On – Barcelona Futbol Agentliyinin təsisçisiyəm.

4 ildir ki, Azərbaycandan olan həmyerlilərimizə və xarici investorlara İspaniyada daşınmaz əmlak alqı-satqısında köməklik edirəm. 1 il əvvəl Terminalia – Barselona daşınmaz əmlak ofisini təsis etməyi qərara aldım.

İspanların belə gözəl deyimi var: “Cada cliente es un mundo”, yəni, “hər müştəri bir dünyadır”. Terminalia olaraq biz müştərilərimizi belə qəbul edirik və belə rəftar edirik. Biz müştərilərimizə İspaniyada daşınmaz əmlakın alınmasında, satılmasında, icarəyə verilməsində lazım olan bütün əmlak servislərini təklif edirik.

Həmçinin Terminalia öz biznesini və ya şirkətini İspaniyada qurmaq və ya inkişaf etdirmək, burada müxtəlif sahələrə sərmayə etmək istəyən investorlara və biznes sahiblərinə ehtiyac duyulan bütün investisiya xidmətlərini təklif edir.

Dünya kiçikdir və getdikcə daha çox “kiçilmək”dədir və informasiya axınının sürəti başınızı gicəlləndirə bilər. Biz müxtəlif müştərilərlə işləyirik, onlardan bəziləri məxfiliyinə böyük əhəmiyyət verir, digərləri isə İspaniyadakı yeni mənzilləri və ya evləri ilə sevinclərini bütün dünya ilə bölüşmək istəyirlər. Komandamız müştərilərin məxfiliyinə diqqət yetirir və “Veqasda baş verənlər Veqasda qalır” deyərək işləyir.

Bizimlə işləməyi seçən müştərilərimizlə daşınmaz əmlakın alqı-satqısı prosesində bütün prosesə birbaşa nəzarət edirik, bu istiqamətdə hüquqi xidmətlər təklif edirik, ehtiyac yarandıqda maliyyələşmənin əldə edilməsində köməklik göstəririk və tərcümə xidməti edirik. Daşınmaz əmlak alındıqdan sonra, biz yeni sahibinə mənzilini və ya evini təmir etməkdə və ya sadəcə təzələməkdə kömək edirik, özünüz yaşamadığınız halda sizin üçün əmlakınızı idarə edir və etmiş olduğunuz investisiyanı ən yaxşı şəkildə geri götürməyinizə kömək oluruq. Həmçinin ölkə miqyasında hər vergi rübündə “ev sahibi vergiləri”ni təqdim etmək üçün sizə mühasibat xidməti təklif edə bilərik. Biz həm alıcılara, həm satıcılara, həm də agentlərə ingilis, ispan, azərbaycan, türk və rus dillərində xidmətlərimizi təklif etməkdən məmnunuq. Biz həmçinin immiqrasiya və rezidensiya vizaları üzrə ixtisaslaşmışıq. Bir sözlə İspaniyada daşınmaz əmlak və ümumilikdə investisiya sahəsində hər növ peşəkar və istənilən fövqəladə vəziyyətdə hazır olmaq başlıca missiyamızdır.

Bəzən yeni ölkədə həyat bizi tamamilə gözlənilməz vəziyyətlərə salır, biz bunu ölkəmizdə heç bir problem olmadan həll edə bilərik, amma burada – İspaniyada məsələ bir az mürəkkəbləşir. O zaman biz müştərilərimiz üçün bir növ konsyerj oluruq və yaranmış istənilən problemin həllinə kömək etməyə çalışırıq. Bəzən kimə zəng edəcəyinizi bilmək sadəcə sualdır.

Teorik olaraq, biz bazar ertəsindən cümə gününə qədər saat 10:00-dan 17:00-a qədər işləyirik. Praktikada isə müştərilərimizin bizə ehtiyacı olanda da işləyirik. Bəzən bunlar həftə sonları, bəzən isə adətən İspaniyada bayram kimi qəbul edilən günlərdir. Amma bu bizi narahat etmir, əksinə belə bir iş sistemi bizə böyük azadlıq verir. Ofisimiz Kataloniyada, Barselonada, xüsusilə də bu şəhərin ən əsas mərkəzi sayılan tarixi Eixample ərazisində yerləşir, lakin biz müştərilərimizin arzu etdikləri evi axtarmaq istədikləri İspaniyanın hər yerində işləyirik.

Və bütün bunları çox böyük motivasiya və üzümüzdə təbəssümlə edirik

… axı niyə fərqli olmalıdır? Evimizə çevrilmiş çox gözəl bir ölkədə yaşayırıq və işləyirik. Müştərilərimiz İspaniyada yaşamaq xəyallarını həyata keçirməyə qərar vermiş insanlardır. Adətən, onlar İspaniyada yeni həyata başlamaq prosesindən həzz alırlar; biz onlara təkcə mülkləri deyil, həm də ərazini və onun gözəl yerlərini yaxından tanış edirik, İspaniyadakı həyatdan danışırıq, təcrübələrimizi bölüşürük. Və onlar da mütləq mənada həmişə çox müsbətdirlər, çünki biz burada yaşamağı çox sevirik.

Terminalia

Barselonadakı daşınmaz əmlak agentliyimizə vermiş olduğumuz ad – Terminalia, Roma mifologiyasından ərazilərin və sərhədlərin qoruyucusu olan Terminus tanrısının şərəfinə keçirilən festivaldır. Terminus ən qədim Roma tanrılarından biri idi və daha çox əmlak-ərazi anlayışlarının əsas nümunələrinin simvolu idi. Terminus qanunu, asayişi və qonşularla dinc birgə yaşayışı təmsil edirdi, – “yaxşı hasarlar yaxşı qonşular edər”.Terminus iki ay arasında və ya iki qrup insan arasında olduğu kimi fiziki sərhədlərə də təsir edirdi. Terminalia festivalı qədim Romada fevralın 23-də qeyd olunurdu – bu, Roma ilinin son günü, iki yeni il arasındakı sərhəddi.

Terminalia başqa bir mənada botanika sahəsində həm də yarpaqları yalnız budaqların sonunda böyüyən böyük, çox dik budaqlı ağaclar cinsinə aiddir .