İspaniyada yaşamaq ən çox arzu olunan və romantikləşdirilmiş ideyalardan biri olmaqda davam edir. İspaniyanın nə ilə məşhur olduğu ilə maraqlanırsınızsa, çox şey var. İspaniya –  zəngin tarixi və mədəniyyəti, təhlükəsiz və siyasi sabitliyi, kristal kimi təmiz mavi bayraqlı çimərlikləri, il ərzində 320 gündən çox günəşli hava, il boyu tətilə bənzər həyat tərzi, canlı atmosferi, paella, sangria, tapas, siesta & fiesta, flamenko, İbiza, Barselona, Madrid və daha çox şeydir. Heç təsadüfi deyil ki, İspaniya Ümumdünya Turizm Təşkilatının “World Tourism Barometer” nəşrinə əsasən 2022-ci ildə yenidən dünyanın turistlər tərəfindən ən çox ziyarət edilən 3-cü ölkəsi olub (Fransa və Meksikadan sonra). Maliyyə institutları üçün məşhur xəbər agentliyi Bloomberg-in məlumatına görə, İspaniya dünyanın ən sağlam ölkəsi siyahısında birinci yerə çıxıb.

İspaniyaya xarici investorlar niyə sərmayə yatırırlar?

İspaniyaya xarici investisiya 2022-ci ildə 34.2 milyard avro olmuşdur ki, bu ölkə üçün indiyə qədər olan ən yüksək 2-ci göstərici sayılır. İspaniyanın Sənaye, Biznes və Turizm naziri Reyes Maroto : “Bu məlumatlar İspaniya iqtisadiyyatının gücünü və xarici investorların ölkəmizə olan böyük inamını göstərir. Yadda saxlamaq lazımdır ki, bu investisiyalar çox mürəkkəb qlobal bir şəraitdə baş verib. Bu çətin və qeyri-müəyyən beynəlxalq konteksdə İspaniya təhlükəsizlik və əminliyi təklif edir.”

İspaniya həyat yaşayışı keyfiyyətinə görə ən çox üstünlük verilən ölkələrdəndir
Təhlükəsizlik, Aralıq dənizi iqlimi və onun yüksək sağlamlıq göstəriciləri və s. İspaniyanı əcnəbilərin yaşaması və işləməsi üçün üstünlük verdikləri ölkə edir.
Ranking Country
1 Switzerland
2 New Zealand
3 Spain
4 Australia
5 Cyprus

Həyat yaşayışı keyfiyyətinə görə dünyada ilk 5 ölkə (HSBC Expat Explorer survey)

Əlçatan səhiyyə sistemi
İspaniya dövləti bura köçürülmüş işçilərə və əcnəbilərə İspaniya vətəndaşları ilə praktiki olaraq eyni səhiyyə xidmətlərinə zəmanət verir.
İƏİT-in məlumatına görə, İspaniya ömür uzunluğuna görə dünyada ikinci ölkədir. Buna səbəb əsas amillərə Aralıq dənizi pəhrizi və mülayim iqlim daxildir.
İspaniya dünyanın ən sağlam ölkəsi siyahısında birinci yerə çıxıb
Təhlükəsiz ölkə

İspaniya dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Qlobal Sülh İndeksi 2022-yə görə, o, dünyada sülhün ən yüksək səviyyəsinə malik ilk 30 ölkə arasında yer alır.

Təhsil və dil seçimi müxtəlifliyi
İspaniyada ümumilikdə 306 beynəlxalq məktəb var.
İspaniyanın dövlət və özəl məktəblərində ingilis dili və ikidilli təhsil kursları da daxil olmaqla xüsusi proqramlar təklif olunur.
İspan dili dünyada ən çox istifadə edilən ikinci dildir və təxminən 500 milyon insan danışır.

Mənbə: Ministry of Education and Vocational Training. January 2023

Dünyanın ən əsas turizm gücü
World Economic Forum 2022-ə görə turizm rəqabət qabiliyyətinə görə İspaniya dünyada liderdir.
İspaniya illik turist sayına görə dünyada ikinci turizm məkanıdır.
İspaniya YUNESKO-nun Ümumdünya İrs Siyahısında dünyada dördüncü və Avropada üçüncü ölkədir və eyni zamanda biosfer qoruqlarında dünya lideridir.

İspaniyaya sərmayə qoymaq bu unikal ölkəni kəşf etmək fürsətidir.