İspaniya burada öz biznesini qurmaq, tanıtmaq və yeni iş yerləri yaratmaq istəyən, bununla da iqtisadi artıma töhfə verə biləcək çoxlu xarici investorları, sahibkarları və peşəkarları cəlb edir. İspaniya qanunları onların və ailələrinin Yaşayış Proqramı vasitəsilə İspaniyaya köçməsi prosesini asanlaşdırır. Sahibkarlar Qanununun Mobillik Bölməsi investisiya və istedadı cəlb etmək üçün Avropa İttifaqı hüdudlarından kənarda olan xarici vətəndaşlara İspaniyada yaşamaq və işləmək icazəsi verir.
Terminalia öz biznesini və ya şirkətini İspaniyada qurmaq və ya inkişaf etdirmək, burada müxtəlif sahələrə sərmayə etmək istəyən investorlara və biznes sahiblərinə ehtiyac duyulan bütün investisiya xidmətlərini təklif edir.
Nəyə ehtiyacınız olduğunu bizə bildirin, biz sizə necə kömək edə biləcəyimizi bildirək.
Bizimlə əlaqə saxlayın
Biznes ehtiyaclarınız üçün ən yaxşı yeri seçməkdə sizə kömək edə bilərik. Biz sizə ofislər, co-working (birgə işləmək) məkanları, anbarlar, logistika, kommersiya mərkəzləri və ya biznesinizə ehtiyacınız olan hər hansı qurğuları tapmaqda köməklik edə bilərik. Biz həmçinin sizə İspaniyada başlamaq istədiyiniz biznes sahəsində ixtisaslı işçi qüvvəsinə, müştərilərə və texnologiya mərkəzlərinə daxil olmaqda kömək edə bilərik.
Regional dəstək
İspaniyanın hər hansısa regionunda investisiya etməyinizə qərar vermisinizsə, biz sizə regional inkişaf agentlikləri ilə əlaqələndirməkdə köməklik göstərə bilərik. Beləliklə siz regional subsidiyalar və regional planlar haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Xüsusi biznes məsləhəti
İspaniyada başlamaq istədiyiniz biznes və ya sərmayə planı barədə bizi məlumatlandırırsınız və biz sizə burada yerli qanunvericilik çərçivəsində öz biznesinizi inkişaf etdirmək üçün lazım olan bütün xüsusi məlumatları təqdim edəcəyik.
Görüşlər qurmaq
Biz sizə biznesinizi başlamağınıza və hər bir mərhələnin spesifik tələblərini (tənzimləyici, maddi-texniki, əməliyyat, kommersiya və ya başqa) idarə etməyə kömək etmək üçün qurumlar və tərəfdaşlarla görüşlər, səfərlər və biznesinizlə bağlı digər lazımı fəaliyyətlər təşkil edə bilərik.
İmmiqrasiya
Əgər investisiya layihənizi idarə etmək üçün İspaniyaya köçməyə ehtiyac yaranarsa biz sizə və ailə üzvlərinizə, (müvəqqəti və ya daimi yaşamaq hüququ) bunu etməyin ən yaxşı yolunu, atmalı olduğunuz addımlar barədə məlumat verə bilərik.
Biz sizə öz biznesinizi İspaniyada qurmaqda dəstək oluruq.
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
Dəyərlərimiz:
Şəffaflıq
Məxfilik
Xidmətlərimizin fərdiləşdirilməsi
Biz bunu keyfiyyət, effektivlik və peşəkarlığı bərabər şəkildə birləşdirərək edirik.