İspaniyada evlərin kirayə haqqı artır

İspaniyada evlərin kirayə haqqı hər il artmaqdadır. Getdikcə daha çox insan öz evlərini kirayə verir. Son 5 ildə evlərini icarəyə verənlərin faizi əhəmiyyətli dərəcədə artmışdır. İcarəyə götürülmüş əmlaka olan bu güclü tələb, xüsusən də iri şəhərlərdə və turizm kurortlarında qiymətləri bahalaşdırmışdır. Gələcək illərdə də icarə evlərə tələbin güclü qalacağı və kirayə qiymətlərində artımın olması gözlənilir.

İspaniyada turistik və ya uzunmüddətli kirayə mənzillərə investisiya edin

Əmlakınızı kirayə verməklə investisiya gəliriniz:

Məsələn, siz Barselonada 250.000 avro nağd pul ödəyərək əmlaka sahib olursunuz və özünüz bu əmlakda yaşamadığınız müddətdə kirayə bazarında hər gün artan tələbdən istifadə edərək ən uyğun qiymətə evinizi kirayəyə verə bilərsiniz.

Əmlak  aylıq icarə nümunəsi:

Aldığınız əmlak üçün 250,000 avro nağd pul ödəmisiniz.
Rüsum xərcləri 3,000 avro, təmir xərcləri isə 17,000 avro təşkil etdi və bu, əmlak üçün ümumi investisiyanızı 270,000 avroya çatdırdı.

Siz hər ay 1,600 avro icarə haqqı topladınız. Bir il sonra:

Siz həmin 12 ay ərzində 19,200 avro icarə gəliri qazandınız.
Əmlak vergiləri və sığorta daxil olmaqla xərclər il ərzində 1,200 avro təşkil edib ( və ya ayda 100 avro)

İllik gəliriniz 18,000 Avro (19,200 avro – 1,200 avro) olmuşdur. Əmlakın investisiya gəlirini hesablamaq üçün:

İllik gəliri (18,000 avro) ümumi investisiyanın məbləğinə və ya 270,000 avroya bölün. İnvestisiya gəliri = EUR 18,000 ÷ 270,000 EUR = 0,066 və ya 6,7%.
İnvestisiya gəliri  6,7% idi.

Sizə əmlakınızı icarəyə verməkdə necə kömək ola bilərik?

Terminalia komandası olaraq daşınmaz əmlak investisiyalarınızın gündəlik işlərinə nəzarət etmək və idarə etmək məqsədilə müxtəlif servislər təqdim edirik. Belə ki, sizin əmlak üçün yerli əmlak bazarı qiymətləri nəzərə alınmaqla ən ideal icarə qiymətini təyin etməklə icarə kontraktı hazırlayırıq, mütəmadi olaraq hər ay aylıq icarə haqqını kirayəçilərdən toplayırıq, kirayəçilərlə daimi olaraq əlaqə saxlayırıq, əmlakınızla bağlı yaranmış texniki problemləri vaxtında həll edirik, kirayəçilərdən hər hansı biri kontrakt üzrə əmlakınızı təhvil verdikdən sonra vakant kirayəçi yerlərini doldurmaq məqsədilə ödəmə qabiliyyəti müəyyənləşdirildikdən sonra yeni kirayəçilər tapırıq.

Bizimlə işləyən investorlarımız əsasən il ərzində İspaniyada çox ola bilmədiklərinə görə və ya bu prosesi şəxsən özləri idarə etmək istəmədiklərinə görə bizə inanıb bu prosesi bizə həvalə edirlər və bizdə bacardığımız ən yaxşı şəkildə müştərilərimizin qoymuş olduqları investisiyalarını daha artıqlaması ilə geri götürmələrinə kömək oluruq.

Bizimlə işləməyin üstünlükləri

Çoxsaylı mülklərə sahib olan investorlar üçün faydalıdır

Əgər birdən çox mülkə sahibsinizsə, kirayəçiləri xoşbəxt saxlamaqla yanaşı, idarə etmək çətinləşə bilər. Terminalia olaraq bizim bu halda əsas işimiz, əmlaklarınız və kirayəçilərinizlə bağlı yaranmış istənilən problemdə vaxtında xəbərdar olmaq və ən yaxşı həll yolu təklif etməklə investisiyanızın daimi olaraq ən yaxşı gəlir gətirməsinə birbaşa nəzarət etməkdir.

Başqa yerlərə sərmayə qoymağa imkan verir

Əmlak meneceri və ya idarəetmə şirkəti ilə işləməyin əsas üstünlüklərindən biri odur ki, o, hər şeyi özünüz uzaqdan idarə etməkdən narahat olmadan sizdən uzaqda yerləşən əmlaklara investisiya qoymağa imkan verir.

Gündəlik texniki məsələlərə cavabdeh deyilsiniz

Mülklərinizi Terminalia komandası olaraq idarə etməyimizin digər əsas üstünlüyü ondan ibarətdir ki, biz əmlaklarınızla bağlı yaranmış olan istənilən texniki xidmətlə bağlı vaxtında və birbaşa məşğul olacağıq. İstər daşınmaz əmlak təmiri işləri, istərsə də gündəlik texniki problemlərin həlli üçün texniki xidmət qrupumuza etibar edə bilərsiniz.