İspaniyada yaşamaq ən çox arzu olunan və romantikləşdirilmiş ideyalardan biri olmaqda davam edir. İspaniyanın nə ilə məşhur olduğu ilə maraqlanırsınızsa, çox şey var. İspaniya – zəngin tarixi və mədəniyyəti, təhlükəsiz və siyasi sabitliyi, kristal kimi təmiz mavi bayraqlı çimərlikləri, il ərzində 320 gündən çox günəşli hava, il boyu tətilə bənzər həyat tərzi, canlı atmosferi, paella, sangria, tapas, siesta & fiesta, flamenko, İbiza, Barselona, Madrid və daha çox şeydir. Heç təsadüfi deyil ki, İspaniya Ümumdünya Turizm Təşkilatının “World Tourism Barometer” nəşrinə əsasən 2022-ci ildə yenidən dünyanın turistlər tərəfindən ən çox ziyarət edilən 3-cü ölkəsi olub (Fransa və Meksikadan sonra). Maliyyə institutları üçün məşhur xəbər agentliyi Bloomberg-in məlumatına görə, İspaniya dünyanın ən sağlam ölkəsi siyahısında birinci yerə çıxıb.
İspaniyaya xarici investisiya 2022-ci ildə 34.2 milyard avro olmuşdur ki, bu ölkə üçün indiyə qədər olan ən yüksək 2-ci göstərici sayılır. İspaniyanın Sənaye, Biznes və Turizm naziri Reyes Maroto : “Bu məlumatlar İspaniya iqtisadiyyatının gücünü və xarici investorların ölkəmizə olan böyük inamını göstərir. Yadda saxlamaq lazımdır ki, bu investisiyalar çox mürəkkəb qlobal bir şəraitdə baş verib. Bu çətin və qeyri-müəyyən beynəlxalq konteksdə İspaniya təhlükəsizlik və əminliyi təklif edir.”
Ranking | Country |
1 | Switzerland |
2 | New Zealand |
3 | Spain |
4 | Australia |
5 | Cyprus |
Həyat yaşayışı keyfiyyətinə görə dünyada ilk 5 ölkə (HSBC Expat Explorer survey)
İspaniya dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Qlobal Sülh İndeksi 2022-yə görə, o, dünyada sülhün ən yüksək səviyyəsinə malik ilk 30 ölkə arasında yer alır.
Mənbə: Ministry of Education and Vocational Training. January 2023
İspaniyaya sərmayə qoymaq bu unikal ölkəni kəşf etmək fürsətidir.