İspaniyada daşınmaz əmlak almaq yaxşı ideyadır ?

İspaniyada yaşamaq ən çox arzu olunan və romantikləşdirilmiş ideyalardan biri olmaqda davam edir. İspaniyanın nə ilə məşhur olduğu ilə maraqlanırsınızsa, çox şey var. İspaniya –  zəngin tarixi və mədəniyyəti, təhlükəsiz və siyasi sabitliyi, kristal kimi təmiz mavi bayraqlı çimərlikləri, il ərzində 320 gündən çox günəşli hava, il boyu tətilə bənzər həyat tərzi, canlı atmosferi, paella, sangria, tapas, siesta & fiesta, flamenko, İbiza, Barselona, Madrid və daha çox şeydir. Heç təsadüfi deyil ki, İspaniya Ümumdünya Turizm Təşkilatının “World Tourism Barometer” nəşrinə əsasən 2022-ci ildə yenidən dünyanın turistlər tərəfindən ən çox ziyarət edilən 3-cü ölkəsi olub (Fransa və Meksikadan sonra). Maliyyə institutları üçün məşhur xəbər agentliyi Bloomberg-in məlumatına görə, İspaniya dünyanın ən sağlam ölkəsi siyahısında birinci yerə çıxıb.

Ancaq hər şey mənzərəli gözəlliklərdən və yüksək keyfiyyətli həyat tərzindən getmir. Ölkə həm də investorlar üçün sərfəli əmlak sövdələşmələri vəd edir. İspaniyanın daşınmaz əmlak bazarı alıcılarının təxminən 20%-ni xaricilər təşkil edir Məsələn, siz həm uzunmüddətli investisiya, həm də canlı həyat üçün İspaniyada bir tətil evinə investisiya edə bilərsiniz.

İspaniyada əmlak almaq peşəkar təcrübə və dəstək tələb edir. Prosedurları bilmirsinizsə, bu proses mürəkkəb ola bilər. Ancaq yerli mütəxəssislərlə işləmək bu prosesi asan və rahat edir.

İspaniyada əmlak necə almaq olar ?

İspaniyada xarici ölkə vətəndaşı kimi daşınmaz əmlak almaq üçün heç bir məhdudiyyət yoxdur. Siz sadəcə düzgün əmlakı tapmalı və əməliyyatı davam etdirmək üçün bütün sənədlərin hazır olduğundan əmin olmalısınız.

Terminalia olaraq biz müştərilərimizə İspaniyada daşınmaz əmlakın alınmasında, satılmasında, icarəyə verilməsində lazım olan bütün daşınmaz əmlak xidmətlərini təklif edirik. 2019-ci ildən İspaniyanın daşınmaz əmlak bazarında fəaliyyətə başladığımız üçün biz burada yerli daşınmaz əmlak mütəxəssisləri ilə yaxından əməkdaşlıq qurmuşuq və hazırda İspaniyada əmlak almaq üçün kömək axtaran həmyerlilərimiz üçün vahid pəncərə həllinə çevrilmişik.

Biz sizin kriteriyalarınıza uyğun olan mülkləri göstərərək, ən uyğun təklif hazırlamağınıza kömək edəcək, sizin adınıza danışıqlar aparacaq və ümumiyyətlə ev satın alma prosesi boyunca sizə bütün lazımı məlumat və hüquqi dəstək verəcəyik

Daşınmaz əmlak alındıqdan sonra, biz yeni sahibinə mənzilini və ya evini təmir etməkdə və ya sadəcə təzələməkdə kömək edirik, özünüz yaşamadığınız halda sizin üçün əmlakınızı icarə edir və etmiş olduğunuz investisiyanı ən yaxşı şəkildə geri götürməyinizə kömək oluruq. Həmçinin ölkə miqyasında hər vergi rübündə “ev sahibi vergiləri”ni təqdim etmək üçün sizə mühasibat xidməti təklif edə bilərik. Biz həm alıcılara, həm satıcılara  və həm də əməkdaşlıq etdiyimiz yerli agentlərə ispan, ingilis, azərbaycan, türk və rus dillərində xidmətlərimizi təklif etməkdən məmnunuq. Biz həmçinin immiqrasiya və rezidensiya vizaları üzrə ixtisaslaşmışıq. Bir sözlə İspaniyada daşınmaz əmlak sahəsində hər növ peşəkar və istənilən fövqəladə vəziyyətdə hazır olmaq başlıca missiyamızdır.

Ofisimiz Kataloniyada, Barselonada, xüsusilə də bu şəhərin ən əsas mərkəzi sayılan tarixi Eixample ərazisində yerləşir, lakin biz müştərilərimizin arzu etdikləri evi axtarmaq istədikləri İspaniyanın hər yerində işləyirik.

İspaniyada daşınmaz əmlakın alış prosesi ilə tanış olmaq üçün bu prosesin əsas mərhələlərini təqdim edirik.

1. Yerli bazarı düzgün araşdırmaq

İspaniyada minlərlə mülk var. Bütün bu alternativlər arasından sizin üçün doğru olanı tapmaq çox səy tələb edir. Cavab verməli olduğunuz çoxlu suallar var: Evdə hansı xüsusiyyətlər istərdiniz? Nə qədər büdcə verə bilərsiniz? Yaşayış standartlarınıza görə hansı bölgə sizə uyğundur? İnvestisiya üçün əmlak alırsınız? Sizə düzgün suallar veririk və ehtiyaclarınızı və gözləntilərinizi dinləyirik. Xəyal etdiyiniz ev üçün birlikdə bir arzu siyahısı yaradırıq.

2. Mülkə baxış turu

Biz sizin üçün ən uyğun mülkləri seçir və təfərrüatları sizə bildiririk. Onlar üçün baxış təşkil edirik. Əgər İspaniyaya başqa bir ölkədən səyahət edirsinizsə, o zaman səfərinizlə bağlı lazımı bütün məsələlərdə dəstək oluruq. Mülkə baxış turunda siz almağı planlaşdırdığınız mülki ətraflı yoxlayırsınız və mülkün gözləntilərinizə cavab verdiyinə əmin olursunuz. Mülkə baxış zamanı yarana biləcək daha bir çox suallara dərhal və dolğun cavablar alacaqsınız.

3. Hüquqi məsləhət

İspaniyadakı satın alma prosesi üçün bu sahədə ixtisaslaşmış təcrübəli hüquqşünasınız olmalıdır. Terminalia olaraq İspaniyada  daşınmaz əmlak sahəsində yaxından əməkdaşlıq etdiyimiz ən yaxşı hüquqşünaslarla sizin üçün bu prosesi çox rahat edirik. Vermiş olduğunuz Etibarnamənizlə proseduru yerinə yetirən hüquq məsləhətçisi 2 aydan 3 aya qədər vaxtınıza və pulunuza qənaət edəcək.

4. Vəziyyətin təhlili

Vəziyyəti düzgün təhlil etmək əmlak alqı-satqısı zamanı risklərdən qorunmağın əsas qaydasıdır. Problem olmadığından əmin olmaq üçün bu kimi əsas nüanslar yoxlanılmalıdır:  Əmlakın mövcudluğu, əmlakın hüquqi statusu, borcdan azad olması və sair.

5. Müqavilə

Əmlakı almaq qərarına gəldikdə, siz rezervasiya depozitini ödəyirsiniz və təklif olunan müqaviləni imzalayırsınız. Bu müqavilə əmlakı qeydiyyatdan keçirməzdən əvvəl bütün hüquqi yoxlamaları tamamlamaq üçün sizə bir müddət vaxt verəcəkdir. Depoziti ödədiyiniz zaman əmlak satışdan çıxarılacaq. Depozit təxminən 5000 avrodur və geri qaytarıla bilər.Hər şey qaydasındadırsa bu zaman siz əsas satınalma müqaviləsini imzalayırsınız. Bu müqavilə rəsmi kitabda qeydə alınmasa belə, məcburi sayılır. Müqavilənin bütün təfərrüatlarını oxumalı və başa düşməlisiniz. Müqavilə imzalayarkən ilkin ödəniş edirsiniz. Satıcıdan və ya tikinti vəziyyətindən asılı olaraq məbləğ dəyişə bilər. Müqaviləni imzaladıqdan sonra imtina etsəniz, rezervasiya depozitini geri ala bilməyəcəyiniz çox vaxt mümkündür. Ona görə də imzalamadan əvvəl əmin olmalısınız. Satıcı müqavilədən imtina edərsə, kompensasiya almaq hüququnuz ola bilər.

6. NIE nömrəsinin alınması və bank hesabı açılması

NIE (Número de Identificación de Extranjeros) İspaniyanın səlahiyyətli orqanlarında qeydiyyatdan keçdiyinizi bildirir. İspaniyada əmlak almağınız üçün NIE məcburidir. Terminalia olaraq NIE üçün tələb olunan sənədlərin yığılmasında və müraciət prosesində sizə tam dəstək olacağıq. NIE nömrənisi əldə etdikdən sonra tərəfdaş bankımızın ofisində bank hesabı açırıq.

7. Mülkiyyət sənədi

Mülkiyyət sənədini notariusda imzalamalısınız. Bu mərhələdə alış qiymətinin qalan məbləğini ödəyirsiniz. Artıq İspaniyada ev sahibisiniz!

Sənədin surətini də alırsınız. Sadə kopiya kimi tanınır. Əmlakınız üçün ipoteka götürsəniz, bank bütün borclar ödənilənə qədər sənədin əslini saxlayacaq.

8. Vergilər və qanuni rüsumlar

Vergilər və qanuni ödənişlər bir çox amillərə görə dəyişə bilər. Ödəniş edərkən, ətraflı nə üçün ödədiyinizi dəqiq bilmək üçün qəbzləri tələb etməlisiniz. Notarius rüsumları və ödənilmiş vergilər üçün orijinal qaimə-fakturaları almalısınız. Siz həmçinin bütün bu sənədləri, fakturaları və qəbzləri saxlamalısınız.

Satınalma tamamlandıqda, IBI (Bələdiyyə Vergisi) kimi ödənilməli olan daimi mülkiyyət vergisi olacaq. İspaniyada yaşayan və ya faktiki yaşamayan bütün əmlak sahibləri IBI vergisini ödəməlidirlər. Vergilər və hüquqi rüsumlarla bağlı bütün suallarınızı ekspertlərimizə verə bilərsiniz.

9. Torpaq Reyestri

Notariusda akt imzalandıqdan sonra məlumatlarınız Torpaq Reyestrində qeyd olunur. Bu nöqtədə, mülkiyyət sənədi hansısa bir şirkətin adınadırsa, şirkət ünvanının dəyişdirilməsi kimi bütün hallar qanuni sənədlərlə bildirilməlidir.

10. Açarlarınızı əldə etmək

Terminalia olaraq bütün bu proseslərin sonunda sizə İspaniyadakı arzuladığınız mülkün açarlarını böyük sevinclə təqdim edirik və bundan sonra istənilən vaxt İspaniyaya köçə bilərsiniz.

Yuxarıda yazılan prosesin istənilən nöqtəsində ağlınıza gələn sualları verə bilərsiniz. İspaniya Qızıl Vizasına müraciət etmək istəyirsinizsə, bizim bu sahədə ixtisaslaşmış komandamızla əlaqəyə keçin.